Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2015

Putinin reytinqi “göydə”dir: 10 nəfərdən 9-u onu dəstəkləyir

10 Rusiya vətəndaşdan doqquzu prezident Vladimir Putinin siyasətini dəstəkləyir.

Bu barədə nufuzlu Ümumrusiya İctimai Rəy Təhlil Mərkəzinin (VSİOM) keçirdiyi sorğunun nəticələrində açıqlanıb.

VSİOM bildirir ki, Rusiya prezidentinə dəstək reytinqi artaraq son 5 ay ərzində 89,1 faizdən 89,9 faizə çatıb.

“Belə bir nəticə Suriyaya rusiyalı hərbçilərin göndərilməsi və oradakı silahlılara qarşı hava zərbələrinin həyata keçirilməsilə izah olunur”, -deyə rəy sorğusunun təhlilində deyilir.

Sorğu gedişatında ötən həftənin ən mühüm hadisələrinə dair münasibət öyrənilib.

Məlum olub ki, respondentlərin 26 faizi mühüm hadisələrə Rusiyanın Suriyada hava hücumlarını aid edir. Bu arada Ukraynadakı hadisələri əhəmiyyətli hesab edənlərin sayı 5 faiz civarlarındadır.

Sorğuya qatılanların 2 faizi önəmli hadisələr arasında rublun məzənnəsi, inflyasiya və bahalaşmanı qeyd edib.

Sibirdə yanğınlar, sanksiyalar, Avropaya qaçqınlar axını kimi hadisələr isə yalnız respondentlərin 1 faizinin diqqətini çəkib.

Bu arada 49 faiz ötən həftənin nə ilə yadda qaldığını deməkdə çətinlik çəkib.
512 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11