Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2015

23 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 23-də bəzi yerlərdə yağış yağacağı, hava şəraitinin gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 16-19, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.
543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı