Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2015

Bəşşar Əsədlə Putinin Moskvada görüşü çoxlarını narahat edib




















Nur-az.com alalam.ir-a istinadən:
“Rəy əl-yovm” portalının baş redaktoru Əbdülbari Ətvan yazır: İndiyədək çoxları güman edirdilər ki, Bəşşar Əsəd ətrafındakı cinahlara görə heç vaxt geri qayıda bilməyəcəyindən qorxaraq qətiyyən Dəməşqdən çıxmaq fikrində deyil. Amma onun Vladimir Putinin dəvəti ilə Moskvaya rəsmi səfəri bütün bu iddiaların üstündən qara xətt çəkdi. Bu doğrudur ki, Suriyada yaranan ciddi böhrandan sonra onun heç bir ərəb, Qərb və ya başqa ölkəyə rəsmi səfəri olmayıb, yaxud da, regionda Amerikanın nüfuzu və əhatəsini nəzərə alaraq onun hər hansı məntəqəyə uçuşunun təhlükəyə düşmə ehtimalı da, buna başqa bir səbəb ola bilər. Hər halda onun belə həssas zamanda ölkəni tərk etməsi çox dəqiq və ciddi addım kimi region ölkələri və beynəlxalq auraya mənalı mesajıdır. Rusiya prezidentinin bu rəftarı da, onun Suriya prezidenti və mövcud hakimiyyətin ciddi himayəsini göstərir və bu ölkədə stabillik bərpa olanadək bütün silahlı qüvvələrlə qəti mübarizə aparacağını bildirir. Amma bura qədər bu ölkəni beş il siyasi-iqtisadi mühasirəyə alaraq ardınca terrorist qrupları silahlandırmaqla ərazilərinə yeridib, hakimiyyəti devirmək istəyən Türkiyə və onun ərəb müttəfiqləri istədiklərinə nail ola bilmədilər və artıq Rusiyanın meydana girişindən sonra bu məsələ, çox güman ki, qeyri-mümkün olacaq. Bəşşar Əsəd bu səfərdən müvəffəqiyyətlə geri dönərək düşmənlərinin könlünü pozdu və arzularını ürəklərində qoydu. Bu səfər neçə illərdən sonra Əsəd üçün böyük siyasi uğur sayılır. Burada sual yaranır ki, onun ayaq qoyacağı ikinci paytaxt hansı ola bilər? Elə bilirəm ki, bu Riyaz və ya Ankara olmayacaq. Amma regionumuz başdan-başa qəfil hadisələrlə doludur və heç nə haqda qəti fikir yürütmək olmaz.
689 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...