Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2015

Məni basdırmayın! - Foto






















Nur-az.com shia-news.com-a istinadən:
Səudiyyə Ərəbistanı qırıcılarının hücumları nəticəsində şəhid olan azyaşlı uşağın ölümündən qabaqkı son anlarına dair videolent ictimai şəbəkələrdə böyük maraqla diqqəti özünə cəlb edib. Təiz şəhərində mənzilinə düşən bomba nəticəsində baş nahiyəsinə dəyən qəlpədən sonra xəstəxanaya köçürülən 6 yaşlı Fərid Şövqi yaralı vəziyyətdə gözlərindən yaş axaraq çox ahəstə səslə başı üzərindəki həkimlərə deyir ki, məni basdırmağa qoymayın!
Bu sözləri deyən azyaşlı Fərid neçə gündən sonra şəhadətə yetir. İctimai şəbəkələrdə bunu müşahidə edən minlərlə yəmənli böyük ürək yanğısı ilə dünya ictimaiyyətini kömək və yardıma səsləyib. Əgər balaca Aylanın başmaqları Suriyada məruz qalan zavallı xalqın taleyini göstərirdisə, səsi zorla çıxan Fəridin də taleyi Yəmən xalqının acınacaqlı vəziyyətini nişan verir. Bu videolenti müşahidə edən ictimai şəbəkə fəalları hadisəni böyük hüznlə qarşılayaraq baş verənlərə şiddətli etirazını bildirməyə başlayıblar. Məsələn, yəmənli qadınlardan biri yazır ki, indiyədək dünyaya gətirmədiyim hər hansı övladıma görə xatircəməm və bura onlar üçün qətiyyən əmin-amanlıq yeri deyil.
Rəsmi məlumatlara əsasən, indiyədək hava hücumları nəticəsində Yəmən əhalisindən şəhid olanların sayı 2400-ü keçir və onların 500-ə yaxını azyaşlı uşaqlardır.

من را دفن نکنید! + تصویر
819 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:41