Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2013

Bakıda polis idarəsinin yaxınlığından insan skleti tapılıb

Bakı şəhərinin Yasamal rayonu ərazisində insan skleti tapılıb. Lent.az-ın məlumatına görə, Salamzadə küçəsi 1055-ci məhəllənin yaxınlığından naməlum şəxsə məxsus olan sklet qalıqları aşkarlanıb. İnsan sümükləri və digər orqan qalıqları toplanaraq Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə göndərilib. Hazırda qalıqların kimə məxsus olması, şəxsin ölüm səbəbləri və s. araşdırılır. Qeyd edək ki, skletin tapıldığı ərazi Yasamal rayon Polis İdarəsinin yaxınlığındadır.
1437 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:19