Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2015

Ağsuda daha bir dəhşətli qətl

Ağsu rayonunda qətl hadisəsi törədilib. Hadisə bu gün axşam saat 20:00 radələrində rayonun Kalva kəndində qeydə alınıb. Kənd sakini 34 yaşlı Hacıyev Elşən Sevdayı oğlu şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı Şamaxı rayonunda yaşayan və onun evinə qonaq gələn bacısının həyat yoldaşını, 1975-ci il təvəllüdlü Zeynalov Asif Adil oğlunu öldürüb. Ov tüfəngindən açılan atəş nəticəsində güllə yarası alan Asif Zeynalov hadisə yerində dünyasını dəyişib. Asif Zeynalovun qaynı tərəfindən hansı səbəbdən qətlə yetirildiyi hələ ki, tam məlum deyil. Hadisə şahidlərinin sözlərinə görə onların arasında əvvəllər pul borcuna görə söz-söhbət olub. Elşən Hacıyev hadisə törədən zaman sərxoş olub. Əvvəllər Rusiyada və Azərbaycanda məhkumluq həyatı sürən Elşən Hacıyev saxlanılaraq istintaqa təhvil verilib. Onun qətl hadisəsi zamanı istifadə etdiyi ov tüfəngi maddi sübut kimi götürülüb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl Ağsu şəhər sakini, 1977-ci il təvəllüdlü Baxışov Tərlan Əzizbala oğlu həmyerlisi, 1980-ci il təvəllüdlü Osmanov Rüstəm Şamxal oğlunu pul borcuna görə öldürüb.

Saxlanılaraq istintaqa təhvil verilən, rayonda dindar kimi tanınan, bağçılıqla məşğul olan Hacı Tərlan deyib ki, tanışı Rüstəmi ona olan pul borcuna görə aralarında baş verən dava zamanı qətlə yetirib.

Məlumata görə, R. Osmanov əvvəllər Hacı Tərlanın avtomobili ilə taksi sürücüsü kimi fəaliyyət göstərərək Ağsudan Bakıya sərnişin aparıb. Sonra R. Osmanov özünə avtomobil alaraq fəaliyyətini davam etdirməyə başlayıb. Onların arasında şərik işlətdikləri avtomobilə görə borc pul problemi yaranıb. Telefon danışığı zamanı bir-birlərini təhqir etmələri davaya səbəb olub. T. Baxışov R. Osmanovu yaşadığı evin qarşısında güllələyib. Ağır xəsarətlər alan R. Osmanov hadisə yerində dünyasını dəyişib./apa/
490 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:50