Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2015

Putin: Bəzi ölkələr terrorla “mübarizə”də ikili oyun oynayırlar

Bəzi ölkələr “Yaxın Şərq lövhəsində fiqurları öz maraqlarına uyğun şəkildə düzərək”, terrorla “mübarizədə” ikili oyun oynayırlar. “RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya klubunun toplantısında çıxışı zamanı bildirib.

“Şübhəsiz, ABŞ dünyada ən böyük hərbi potensiala malikdir. Sadəcə ikili oyun oynamaq həmişə çətindir. Terrorçularla mübarizəni elan etmək və eyni zamanda Yaxın Şərq lövhəsində fiqurların öz marağına uyğun şəkildə düzmək üçün onların bir hissəsindən istifadə etmək...”, deyə Putin qeyd edib.

Onun sözlərinə görə, sərf etməyən rejimləri devriltmək məqsədilə terrorçuların bir hissəsindən istifadə etməklə terrorçuluğa qalib gəlmək mümkün deyil. Bu terrorçulardan sonra yaxa qurtarmaq mümkün olmayacaq”, deyə Putin əlavə edib.
459 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı