Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2015

Hakimiyyət MTN biabırçılığını necə pərdələmək istəyir?

Ortaya atılan «arqument» cəmiyyəti çaşdırmaq cəhdidir

Hələ də ölkə mətbuatının, cəmiyyətdəki müzakirələrin əsas mövzusu MTN-də baş verənlər, Eldar Mahmudovun vəzifədən azad edilməsdir. Baş verənlərlə bağlı müxtəlif versiyalar səsləndirilir, ehtimallar irəli sürülür. Hətta bütün bu hadisələrin səbəbi kimi şəxsi məsələlər göstərilir.

Amma ən biabırçı məqam hökumətin baş verənlərə gülməli təqdimat verməsidir. Bəli, hökumət MTN biabırçılığının altından çıxmaq, düşdüyü qeyri-ciddi durumu sığortalamaq üçün “yol” tapıb. Hökumət mətbuatı, rejimoloqlar belə bir təbliğat yayırlar ki, Eldar Mahmudovun “vurulması”, generalların həbs edilməsi sahibkarlara qayğının göstəricisidir. Guya, MTN rəhbərliyi sahibkarların fəaliyyətinə əngəl törətdiyinə, iş adamlarından qeyri-qanuni pul tələb etdiyinə görə cəzalanıb. Təbii ki, bu ölkədə istənilən struktur “korrupsiya okeanı”na çevrilib və ölkədə soyğunçuluq əməliyyatı aparılır. Belə olduğu təqdirdə MTN-in də bu prosesin bir hissəsi olması mütləqdir.

Amma məsələ burasındadır ki, bu ölkədə heç bir nazir, iri məmur sahibkarı soyduğuna, korrupsiyaya bulaşdığına görə həbs olunmur və bütün strukturların nə işlə məşğul olduğu ölkə başçısına məlumdur.

Doğurdan da Eldar Mahmudov və generalları sahibkarlara zərbə vurduqlarına görə cəzalanırsa, digər “sahibkar ovçuları” niyə kanarda qalıb?

Heç kimə sirr deyil ki, sahibkarlara ən böyük stress, maddi zərbə gömrük sistemində vurulur. Artıq cəmiyyətdə hamı bilir ki, gömrükdən 2 kilo banan keçirmək də müşkül məsələdir. Sadə vətəndaş da bilir ki, bütün ərzaq və qeyri-ərzaq məhsulları iri məmurların monopliyasındadır. Yaxud, sahibkarlarla Vergi Nazirliyi arasındakı problemləri hamı yaxşı bilir. Sahibkarlar ən ğaır vergi cərimələrinə məruz qalır, vergi müfəttişləri müxtəlif “format”lı yoxlamalar aparır və s. Və ya ölkəyə dərman gətirən kiçik sahibkarın başına Səhiyyə Nazirliyinin hansı müsibətlər açdığı da bəlli həqiqətdir. Bəlkə, tikinti şirkətlərinə FHN-in yaratdığı problemlərdən də heç kimin xəbəri yoxdur?

Demək istəyirik ki, bu ölkədə sahibkara, özünə dolanışıq yeri tapanlara qarşı təkcə MTN əngəl törətmir və digər strukturların fəaliyyətində bu daha çox hiss olunur.

Deməli, “Sahibkarlar Prezident Aparatına MTN-dən şikayət edib” arqumenti kökündən absurddur və 10 illər ərzində bu tipli milyonlarla şikayət cavabsız qalıb.

Sadəcə olaraq ölkədə pul qurtarıb, iqtisadiyyat çökür, hökumət böhranın qoxusunu hiss edir və pullu adamları soymaq zərurəti yaranır. Hakimiyyət böhrandan çıxmaq üçün monopoliyaların ləğvinə, azad sahibkarlığın inkişafına start vermək istəmir. Ona görə də başqa “çıxış yolu” tapıblar və pul olan ünvanlara basqın qərarı verilib.

Devalvasiyadan sonra ölkədə bu tipli hadisələrin olacağının anonsu verilmişdi. Beynəlxalq Bankın ətrafında yaranmış vəziyyət kimlərinsə qurban gedəcəyindən xəbər verirdi.

Demək istəyirik ki, Eldar Mahmudovun vəzifədən azad edilməsi və bu prosesin davamı böyük ehtimalla maliyyə məsələsi ilə bağlıdır. Həm də bu hakimiyyətin dövründə belə “təcrübə”lər çox olub. Son dövrlər iş adamlarının “bandotdel”ə aparılıb, pullarının alınması da eyni prosesin tərkib hissəsidir. Hakimiyyət soyğunçuluq əməlini, yartımaz siyasəti ört-basdır etmək üçün “sahibkarlara qayğı” arqumentini ortaya atıb. Amma yuxarıda qeyd etdiklərimiz də göstərir ki, baş verənlər heç bir halda sahibkar şikayətinin nəticəsi ola bilməz.

Yəqin ki, bu prosesin davamı da olacaq və zaman-zaman iri məmurlar ovuna davam edəcəklər.
480 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:41