Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2015

Həzrət Abbasın (ə) müqəddəs məqbərəsi altında büllur su! - Video

Çoxları bundan xəbərsiz olsalar da, artıq uzun müddətdir ki, həzrət Abbasın (ə) müqəddəs məzarını üzük qaşı kimi şəffaf, büllur su dövrəyə alıb. Əlli ilə yaxındır ki, bu sudan nə qədər istifadə edilsə də, eyni səviyyədə qalır, möcüzəli şəkildə bəzən kora, bəzən də əlacsız xəstələrə şəfa bəxş edir.
Ziyarətgahın 36 illik xadimi vəzifəsində çalışan 74 yaşlı şeyx Abbas deyir ki, qabaqlar sərdabədən iki çeşmə qaynayar və cərəyan edərdi ki, deyilənlərə görə, onun tarixi 400 il qabağa qayıdır. Artıq əlli ildir ki, bu suyun cərəyanı kəsilsə də, onun səviyyəsində heç bir dəyişiklik yaranmır, dadı və tamı heç vaxt dəyişilmir və tərkibi olduqca mineral əhəmiyyətə malikdir. O vaxtlar adi camaat pillələrdən aşağı enib, bu sudan təbərrük və şəfa məqsədilə götürərdilər. Adətən, su qaldıqda tamı dəyişilib, get-gedə iyləndiyi halda sərdabənin tam qapalı mühitinə baxmayaraq burada suyun dadı və iyində heç bir dəyişiklik baş vermir, yayda sərin, qışda isə ilıq olur və daim müqəddəs məzarı dövrəyə alaraq zülal kimi qalır. Əslində bu su müqəddəs məzarın özündən təxminən bir metr yuxarıda yerləşir və heç vaxt onun divarlarından içəri nüfuz etmir. Mən özüm burada uzun illər ərzində qəribə hadisələrin şahidi olmuşam, bəzən korun, bəzən əlacsız dəri və ya başqa xəstəliklərə tutulanların şəfa tapdığını müşahidə etmişəm. Bu özü rəhmət dəryasından nişanələrdir. Məqbərənin həzrət İmam Zamanın (ə) adını daşıyan giriş qapısı tərəfində sərdabəyə doğru açılan kiçik pəncərə vardır ki, həmişə oradan gülab ətri yayılar. Təəssüflər olsun ki, hal-hazırda müəyyən səbəblər üzündən o qapı züvvarların üzünə bağlanıb…
Yaşlıların nəqlinə görə, 50 qabaq naşının birisi, guya, müqəddəs məzara su sızdığını iddia edərək araşdırmaq məqsədilə həmin iki gözü bağlayır və beləliklə, su tamamilə çəkilir. Amma bir müddətdən sonra yenidən su peyda olaraq yalnız cərəyansız halda qəbiri üzüktək əhatəyə alır.

Nur-az.com/shia-online


1437 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...