Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2013

Dindarlara çıxarılan hökm ədalətsizdir

Məşədi Natiq Kərimov:  «Hökumətin özü də ədalətdən xəbərsizdir»

Leyla Yunus: «Bizim polisdə narkotik çoxdu və onlar onu hara gəldi atır»

Məlum olduğu kimi, “Avroviziya”ya görə həbs olunmuş dindarlara hökm oxunub. Hökmə əsasən, “azadxeber.net” saytının baş redaktoru Nicat Əliyev 10 il, Elvin Nəsirov 9 il, Ceyhun Səfərli 9 il, digərləri isə 4 ildən 8 ilə qədər azadlıqdan məhrum edilib.
Xatırladaq ki, bu şəxslər ötən il Bakıda keçirilən “Avroviziya” musiqi yarışması ərəfəsində şəhər əhalisi arasında disk yaymaqda ittiham olunaraq həbs ediliblər. Diskdəki videorolikdə Azərbaycanda yarışmadan əvvəl “geyparad” keçiriləcəyi bildirilir və sosial problemlər, Qarabağ problemi, məmur özbaşınalıqları, dini qadağalar və digər problemlərin yaşandığı ölkədə bu cür yarışmanın keçirilməsinin yolverilməz olduğu vurğulanır. Bu şəxslər narkotik, mütəşəkkil dəstə tərəfindən dini ədəbiyyatın yayılması, dövlət əleyhinə yönələn açıq çağırışların səsləndirilməsi ittihamı ilə həbs olunub. 
Musiqi yarışmasına etiraz edən gənclərin müxtəlif ittihamlarla ağır cəzaya məhkum edilməsi birmənalı qarşılanmayıb.
Nardaran ağsaqqallarından olan Məşədi Natiq Kərimov nəinki bu çıxarılan hökmün, hökumətin özünün də ədalətdən xəbərsiz olduğunu deyir. Çünki hər hansı hökmdə ədalətin olması üçün gərək hakimiyyətdə və məhkəmə sistemində ədalət hissi olsun: “Bir-birinə aid olmayan işləri bir yerə toplayıb cəmi 20 gündür evlənmiş insana 10 il iş vermək nə deməkdir. Burda artıq başqa söhbətə ehtiyac yoxdur. Bu hökumətin məsələsi həll olunmalıdır. Çünki zülm ərşə çıxıb. Axı belə də olmaz. Cavan uşaqlara 7, 9, 10 il iş veriblər. Hamısı da şərlənib. Məhkəmənin bu qərarını pisləyirəm”.
N.Kərimov Nardaran Ağsaqqalar Şurasının dindarlara qarşı çıxarılan ədalətsiz məhkəmə qərarına etiraz bəyanatı hazırladığını da bildirdi: “Bu cür ədalətsizlik olmaz. Bu, özüldən şərlənmədir. Kaset yayıblar, yaxşı ediblər. Göstərsinlər orda pis nə var. Bu insanlar ”Avroviziya"ya qarşı idi. Mən də bu yarışmanın əleyhinə idim, indi də əleyhinəyəm. Bəyanat da vermişik, lazım olsa başqa şeylər də edəcəyik. Hökumət özü üçün belə yol tutub. Bunu ədalətsizliyin ən bariz nümunəsi sayıram".

Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus belə bir hökmün gözlənilən olduğunu deyir.
Hüquq müdafiəçisi Sülh və Demokratiya Institutunun siyasi məhbusların siyahısı ilə yanaşı həbs olunan dindarlarla da bağlı ayrıca araşdırma apardıqlarını da bildirdi: “Dindarlarla bağlı araşdırmada çox böyük rəqəmlər var. Arif Yunusun ”Azərbaycanda islam faktoru" adlı sonuncu kitabında bu araşdırma barədə məlumatlar yer alıb. Dindarların 98 faizi saxta ittihamlarla həbs olunub. Sonuncu hökmə gəldikdə, o da çox böyük şübhələr oyadır. Bu şəxslərin günahının konkret sübutu yoxdur. Orda yenə də narkotiklərin yer alması bir daha onu göstərir ki, bizim polisdə narkotik çoxdu və onlar onu hara gəldi atır".
L.Yunus dindarların siyasi məhbus siyahısına salınacağını və onların həbsi ilə bağlı aparılan araşdırmaların beynəlxalq qurumlara göndəriləcəyini də qeyd etdi: “Məqsədimiz Azərbaycan hakimiyyətinin əsl mahiyyətini dünya ictimaiyyətinə, ilk növbədə ABŞ-a göstərməkdir. ABŞ islam terrorçuları ilə mübarizə aparır. Biz terrora heç bir aidiyyəti olmayan, saxta ittihamlarla həbs olunan adamların işlərini göndərəcəyik. Bununla da göstərəcəyik ki, Azərbaycanda faktiki olaraq dindarların süni radikallaşdırılması baş verir”./azadlıq/

1828 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP