Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2015

Putin döyüş qaydasını izah etdi: “İlk yumruğu…”

Rusiya Prezidenti Vladimir Putin İŞİD-lə mübarizədə Suriyada milli maraqların qorunduğunu deyib. Kreml rəhbəri terrorçularla mübarizə taktikasını izah edərkən Sovet illərində öyrəndiyi döyüş qaydasını xatırladıb.

Soçidə təşkil olunan Valday Klubu konfransında danışan Putin ilk zərbənin əhəmiyyətli olduğunu deyib:

“Suriyada terrorçulara qarşı döyüşmək lazımdır. 50 il əvvəl Leninqraddakı küçə (doğulduğu və böyüdüyü şəhər - red) mənə bu döyüş qaydasını öyrətdi: Əgər döyüş labüddürsə, ilk yumruğu sən vuracaqsan! Suriyada maraqlarımızı qoruyan əsgərlərimizin hamısı qəhrəmandır. Onlar öz həyat və sağlamlıqlarını riskə atır. Onlar bu peşəni könüllü seçiblər. Mən onlarla qürur duyuram”./axar/
511 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat