Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2015

Rusiyadan Əsədə görünməmiş hərbi dəstək

Rusiya son günlər Suriyaya rekord sayda hərbi texnika, silah-sursat və yanacaq göndərib.

Bu barədə Reuters agentliyi məlumat verib. Bildirilir ki, hərbi yardım Suriyaya 100 gəmi vasitəsilə göndərilib.

Yük gəmilərinin bir qismi Rusiyadan, digərləri isə Rumıniyanın Konstansa dəniz limanından, Misir və Livandan yola düşüb. Rəsmi Moskva isə bu məlumatları təkzib edib və Suriyaya yardım edilmədiyini açıqlayıb.

Rusiyanın "İnterfax" informasiya agentliyi isə son günlər Rusiyaya məxsus yanacaqla dolu tankerlərin Suriyaya getməsi ilə bağlı məlumat yayıb. Gəmilər Tartus və Lazkiyə dəniz limanlarına yan alıb. Suriyalı rəsmilər də bunu təsdiq ediblər və son günlər Suriyaya Rusiyaya məxsus 90 gəminin yan aldığını açıqlayıblar.

Bəzi məlumatlara görə, bu yardımlar Rusiyadakı özəl şirkətlər tərəfindən həyata keçirilir./teleqraf/
526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber