Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2013

Fərhad Əliyev hələ də Londondadır

Ötən ayın ortalarında Azərbaycanı tərk etmiş keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev hələ də vətənə qayıtmayıb. Bugun.az-ın əməkdaşı Fərhad Əliyevin telefonuna zəng edib. Telefonu onun yaxın qohumu açıb və bildirb ki, keşmiş nazir və onun xanımı Səbinə Əliyeva hələ də Londondadırlar. Onların Bakıya nə vaxt dönəcəyi barədə isə məlumatslız olduğunu deyib.
Qeyd edək ki, Fərhad Əliyevin yaxınları “Media forum”a onun oğlu Yusifi görmək üçün Londona getdiyini bildirmişdi. Yusif İqtisadiyyat Məktəbində təhsil alır, bu məktəbdə isə təhsil intensiv keçirildiyi üçün sabiq nazir azadlığa çıxandan sonra oğlu Bakıya gələ bilməyib, ona görə də Fərhad Əliyev övladını görmək üçün Londona getməli olub.
2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
Onu da deyək ki, keçmiş nazirin bu səfərini mühacirət kimi qiymətləndirənlər var. Bu fikirdə olanlar ona əsaslanırlar ki, Fərhad Əliyev həbsində maraqlı olan qüvvələr hazırda Azərbaycanda söz sahibirdlər və nə qədər ki, onlar ayaqdadırlar keçmiş nazir öz ölkəsində heç bir biznes və ya başqa önəmli fəaliyyətlə məşğul ola bilməz. Üstəlik həbsdə olduğu müddətdə ölkə başçısına qarşı tam sədaqət nümayiş etdirməsinə baxmayaraq, onun əleyhinə ötürülmüş ciddi kompromatlar var ki, bu da Fərhad Əliyevə yaşıl işıq yandırılmasını mümkünsüz edir.
2690 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı