Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2015

Putin: “ABŞ ağlını başına yığmalıdır..."

“ABŞ ağlını başına yığmalı və ümumi düşmənlə mübarizədə Rusiya ilə birləşməlidir”.

Nur-az.com ans-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vadimir Putin Soçi şəhərində keçirilən tədbirdə deyib.

O, qeyd edib ki, ABŞ messianizmdən əzab çəkir və Rusiyanı aldadır. Bu ölkə həm də avropalı müttəfiqlərinə etinasızlıq göstərir, Bəşər Əsəd daxil olmaqla Suriya xalqının iradəsinə hörmətlə yanaşmır.

Putin həmçinin Suriyada döyüşən pilotların təhlükəsizlik məsələsində də aydınlıq gətirib: "Ümid edirəm ki, Suriyada Rusiya pilotları üçün heç bir təhlükəli vəziyyət baş verməyəcək. Təhlükə həm də Amerika təyyarəçiləri üçün yaranmayacaq. Bilirəm ki, ABŞ rəhbərliyində düşüncəli insanlar əyləşib".

Prezidentin sözlərinə görə, Rusiya hərbçiləri Suriya ərazisində həm yerli, həm də Rusiya xalqının maraqlarını müdafiə edir.
427 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP