Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2015

ŞƏHİDLƏRİN RƏBBİNİN ADI İLƏ!

“O kəslər ki, xalq onlara: “Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” – dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər.” (Ali İmran-173)

Əssəlamu ələykə ya Əba Əbdullah!
Tarix boyu Əbu Süfyanlar və onların törəmələri, İslam Peyğəmbərinə (s) və Onun pak Əhli-Beytinə (ə), bu yolun davamçılarına qarşı mübarizə və müharibə aparmışlar. Amma, Haqq yolunda olanlar və Haqq aşiqləri Allahın köməyi ilə həmişə qalib gəlmiş, zalımlar isə dünya və Axirətdə xar olmuşlar. Yəzid kimi məlunlar həmin nəslin törəmələridir ki, Kərbəla faciəsini törətməklə və adlarına çıxarmaqla iftixar etmişlər.
Müsəlman xalqımızın İslam Peyğəmbərinin (s) və Əhli-Beytinin (ə) müsibətli günlərinidə yəni, məhərrəm və Aşura günlərində onların qəminə şərik olduqları bir zamanda, Tərtərdə ruhani din xadimi Kərbəlai Elsevərə, Şəmkirdə Hacı Aqilə, Gəncədə məhərrəmlik mərasimi keçirən əziz din xadimlərimizə və möminlərə qarşı davam edən haqsızlıq və amansızlıqlar, Vətənimizdə iqtidarın müsəlman xalqımıza qarşı repressiya və zülmünün bariz nümunəsidir.
Bütün bu zülm və haqsızlığın təcili olaraq, dayandırılması, günahkarlar və zülm əhlinin isə müsəlman xalqımızdan və ruhanilərimizdən üzr istəmələrini tələb edirik!


Hicab və Hicab Qadağası Məhbuslarını
MÜDAFİƏ KOMİTƏSİ
24-10-2015

Hicab.org
548 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı