Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2013

Gizli "neft maqnatı"nın daha bir şirkəti üzə çıxdı

“Global Witness”in hesabatındakı müəmmalı milyonçunun adı Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun açıqladığı offşor sirlərdə də yer alır

Londonda mənzillənmiş “Global Witness” təşkilatının axtardığı və Azərbaycan neftinin dünya bazarında satışını həyata keçirən, hörümçək toruna bənzəyən offşor şəbəkənin başında duran Anar Əliyevlə bağlı daha bir ofşor sirri üzə çıxıb.

Virtualaz.org saytı araşdırıb ki, ARDNŞ prezidenti Rövnəq Abdullayevin dayısı oğlu olduğu deyilən bu müəmmalı şəxsin Moskvada hüquq şirkəti də varmış.

Bu məlumat qərargahı Nyu-Yorkda yerləşən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (İCİJ) bu ilin əvvəllərində açıqladığı offşor sirlərə dair məlumat bazasında yer alır. http://offshoreleaks.icij.org saytında axtarış apararkən Anar Əliyevin adına rast gəlinir: Aliyev N.Anar (Əliyev Anar Nüsrət oğlu).

Həmin şəxs “Moscow Law Agency” adlı şirkətin təsisçisi və direktoru kimi göstərilir. Şirkət 2007-ci ildə qeydiyyatdan keçib. Ünvanı belədir: Moscow Law Agency Zemlyanoy Val, 72 Bldg. 2, "RK-Audit" Moscow 109004 Russia RT BVI.

Şirkətin direktoru kimi A.Əliyevlə yanaşı Fəxrəddin İsmayılov (İsmailov S. Fakhraddin) də göstərilir. “Moscow Law Agency” şirkətinin səhmdarı olaraq isə “Gulf Geofizik FZC” adlı offşor şirkət göstərilib. Bu şirkətin səhmdarı olaraq isə öz növbəsində “Middle East Geophysics Corp.” sirkətdir. Bu hüquq şirkətinin A.Əliyevin Azərbaycan neftinin satışını həyata keçirən dolaşıq offşor şəbəkəsinə hansı bağlılığının olduğu məlum deyil.
1723 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:39