Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2015

MTN-in daha bir cinayəti haqda ilginc açıqlama

““MTN oğlumu “vətənə xəyanət”lə şərlədi” - Daha bir fakt

Dilzarə Vəliyeva: “MTN oğlumu “vətənə xəyanət”lə şərlədi”

Azərbaycanda daha bir iş adamı Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının qurbanına çevrilib.

Bu barədə “Qafqazinfo”ya hazırda həbsdə olan sahibkar Vəliyev Hafiz Ramiz oğlunun anası Dilzarə Vəliyeva məlumat verib. O qeyd edib ki, 2013-cü ilin may ayında oğlunu heç bir günahı olmadan qanunsuz olaraq Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları həbs ediblər: “Oğlum İrandan qab-qacaq gətirməklə məşğul idi. O İrana mal dalınca gedərkən aeroportda MTN əməkdaşları tərəfindən saxlanılıb. Üç gündən sonra onun yerini bildik. Ondan qanunsuz olaraq 100 min manat pul tələb ediblər. Hafiz kiçik bizneslə məşğul idi. Bu qədər pulu hardan alsın? Tələb olunan rüşvəti vermədiyi üçün onun boynuna yalandan narkotik ittihamını qoydular. Vəkil tutmaq istəsək də, MTN buna imkan vermədi. 1 il yarımdır ki, MTN yollarında qalmışıq. Oğluma orada işgəncə veriblər, ayağını sındırıblar. Biz məsələni gizli saxlamayıb ictimailəşdirdiyimiz üçün oğlumun boynuna növbəti yalan ittiham “vətənə xəyanət” ittihamı kimi ağır maddəni boynuna qoydular. 01.08.2014- cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 274 və 234.4.3-cü maddəsi ilə ittiham olunaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Oğlumla bərabər, onun ətrafında olan 12-yə yaxın iş adamını da tutmuşdular. Amma onlardan pullarını alıb buraxdılar”.

D. Vəliyeva qeyd edib ki, oğlunu tanıyanlar onun necə vətənpərvər insan olduğunu yaxşı bilirlər: “Amma yalandan olaraq onun boynuna bu ağır maddəni qoyublar, ömürlük həbsə məhkum ediblər. 3 qız övladı atalarının yolunu səbirsizliklə gözləyir. Biz haqsızlığın qurbanı olaraq ömürlük azadlıqdan məhrum edilmiş övladımızın tezliklə həbsdən çıxmasını istəyirik. Ümid edirik ki, MTN-nin quldur dəstəsinə qarşı mübarizə aparıldığı bir vaxtda, bizim müraciətimiz də müvafiq qurumlar tərəfindən araşdırılacaq. Cənab prezidentə də müraciət edərək ədalətin bərpa olunması üçün ondan yardım istəyirik”.

Hazıda MTN cinayətləri ilə bağlı yaradılan istintaq qrupunda iş adamlarının dindirilməsi prosesi davam edir. Məlumatlara görə, onlarla iş adamı qrupa müraciət edərək məruz qaldıqları təzyiqlər, ödədikləri pullarla bağlı məlumatlar verirlər.
491 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:30