Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2015

Bakıda polis 24 yaşlı gənci vurub öldürdü

Bakının Ziya Bünyadov prosopektində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Qəzanı törədən polis əməkdaşı olub. Nəsimi Rayon Polis İdarəsi Post Patrul Xidməti bölüyünün polis serjantı, 1979-cu il təvəllüdlü Müşfiq Eminov idarə etdiyi "Mercedes E-200" markalı, 90 ZD 769 dövlət nömrə nişanlı avtomobillə piyadanı vurub.

Piyada Bakı sakini, 1991-ci il təvəllüdlü Murad Abıyev olub.

Ağır yaralanan piyada 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. M.Abıyevə tibbi yardım göstərsələr də onun həyatını xilas etmək mümkün olmayıb. /müsavat/
470 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı