Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2015

BVF: Səudiyyə krallığı 5 il ərzində iflas edə bilər

Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəylə bağlı hesabatında belə deyilir.

BVF-nin Yaxın Şərq üzrə direktoru Məsud Əhməd “əl-Cəzirə”yə verdiyi açıqlamada yalnız bu il içində ölkənin neft gəlirlərində 360 milyard dollarlıq azalma meydana gəldiyini söyləyib. Onun fikrincə, qiymətlərdəki ucuzlaşma səbəbindən Səudiyyə Krallığı digər neft ixracatçıları kimi büdcəsində böyük ixtisarlara getməlidir: “Əks halda, iflasdan yaxa qurtarmaq mümkün olmayacaq”.

BVF-nun Məsud Əhməd tərəfindən açıqlanan hesabatına görə, qiymətlərin enməsiylə ÜDM-nin 90%-i neft gəlirlərindən formalaşan Səudiyyə Ərəbistanının iqtisadiyyatı olduqca sarsılıb. “Krallığın mövcud maliyyə aktivlərinin ömrü isə beş ildir. Ölkənin hazırda 654,5 milyard dollar valyuta ehtiyatı var, ancaq bu potensial da sürətlə əriyir".

Hesabatda son bir ildəki neft qiymətlərindəki ucuzlaşmadan sonra Səudiyyə Ərəbistanının 73 milyard dollar itirdiyi və 2015-ci ildə hərbi xərclər və müdafiə büdcəsi üçün 81 milyard dollar ayırdığı bildirilir.
428 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı