Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2015

Rusiyanın analoqu olmayan silahları - Siyahı/Foto

Bu gün Rusiya dünyada analoqu olmayan silahlara sahibdir və silah sənayesinin inkişafını davam etdirir.

Rusiyanın analoqu olmayan silahları:

1. “Böyük Pyotr” atom kreyseri - dünyanın ən böyük döyüş gəmisidir. Kreyser gəmi əleyhinə P-700 Qranit raketləri ilə təchiz olunub. 750 kq mərmini 600 km məsafəyə ata bilir. Gəmi S-300 hava hücumundan müdafiə sistemi və bir çox zenit-raket kompleksi ilə də təchiz olunub. Gəminin göyərtəsində havadan hücum etmək üçün Ka-27 vertolyotu da var.

2. Koalisiya-SV özüyeriyən artilleriya qurğusu - ikilüləli 152 mm-lik unikal özüyeriyən haubitsa. Qurğunun çəkisi 48 ton, silah komplekti 70 mərmidir. 1 dəqiqə ərzində 23 atəş imkanına malikdir. Mərminin hədəfi vurmaq qabiliyyəti 70 kilometrə yaxındır. Heyət üçün yeni zirehli kapsul qurğunun ön hissəsinə yerləşdirilib.

3. “Qraç” vizual-optik cihazı. Bu qurğu gecə və dumanlı havalarda hərbi gəmiləri qorumaq üçün nəzərdə tutulub. Eyni zamanda, hərbçilərin hərbi əməliyyatlar zamanı hədəf halına gəlməsinin qarşısını alır.

4. “Kalibr” qanadlı raketi. Rusiya bu ay Xəzərdəki donanmasından Suriyada İŞİD hədəflərini 1,5 min km məsafədə vurub. Rusiyanın bu addımı bir çox hərbi ekspertlər üçün sürpriz olub. Çünki bu günə qədər həmin raketlərin maksimum 300 km məsafəni vura biləcəyi düşünülürdü. Lakin faktiki olaraq, bu raketlərin 2 min km məsafədə hədəfləri vurduğu üzə çıxdı.

5. PAK FA döyüş aviasiyasının kompleksi. Hazırda ən yeni 5-ci nəsil qırıcı sınaqdan uğurla çıxıb. Görünüş cəhətdən öz sələfi Su-27 qırıcısını xatırladır. Lakin onun elektronikası, radarı və silahı daha mükəmməl hazırlanıb. PAK FA-nın maksimal sürəti 2600 km/s təşkil edir. Təyyarəyə quraşdırılan “ağıllı izolyasiya” sistemi vasitəsilə 100 kilometr məsafədə olan avtomobili də görmək mümkündür. Qırıcı hər cür hava şəraitində göydə və yerdə olan 60 hədəfi müəyyənləşdirə və onlardan 20-sini eyni anda məhv etmək qabiliyyətinə malikdir.

6. “Oniks” gəmi əleyhinə raketi. Digər dövlətlər bu raketi daha çox “Yaxont” və “BraMos” kimi tanıyır. “Oniks” “Kalibr”dən fərqli olaraq, tamamilə universaldır. Bu isə ona tək döyüş gəmilərinə qarşı yox, təyyarələrə və sahildən raket atanlara qarşı da savaşmaq imkan verir.

7. Yu-71 pilotsuz qlayderi. Hazırda mütəxəssislər son tamamlama işləri aparırlar. Nüvə silahı daşıma qabiliyyətinə malik olan Yu-71-in saatda 11 min km-ə çatdığı deyilir. Ekspertlərin sözlərinə görə, heç bir hava hücumundan müdafiə sistemi Yu-71-in trayektoriyasını müəyyən edə bilməyəcək və ona çatmaq mümkün olmayacaq.

8. “Sarmat” qitələrarası raketi. Rusiya hazırda bu raket üzərində işləyir. “Sarmat” tək ballistik trayektoriya üzrə yox, eyni zamanda atmosferin yuxarı qatlarında da hərəkət etmək imkanına malikdir. “Sarmat” qitələrarası raketlərinin Qərbdə “Satana” kimi tanınan RS-20-ləri əvəzləməsi gözlənilir. Yeni raket 4 tona yaxın nüvə başlığını 10 min km-ə qədər məsafəyə daşıya biləcək.

9. “Antey-2500”. Rusiyanın beynəlxalq arenada S-300 raketləri kimi tanınan hava hücumundan müdafiə sistemləridir. Sistem 2500 km məsafədə ballistik raketləri məhvetmə qabiliyyətinə malikdir. Yüksək dinamikliyə malikdir və qısa zamanda hərbi vəziyyətə gətirilə bilir. Sistem 16-ya qədər ballistik raketi eyni anda 4500 m/san sürətlə məhv etmək gücündədir.

10. “Armata” tankları. Dünya bu tankları ilk dəfə II Dünya müharibəsinin 70-ci ildönümü münasibətilə Moskvada keçirilən hərbi paradda tanıyıb. “Armata” tankının üzərində quraşdırılmış yeni 125 mm-lik topdan həm adi mərmilərlə, həm də idarəolunan raketlərlə atəş açmaq olur. Bundan əvvəlki tanklar 1 metr qalınlığında zirehi iki kilometrdən dağıda bilirdilərsə, “Armata”nın idarəolunan raketləri bunu 5-7 kilometrdən bacarır. Bundan başqa tankda 7,62 mm-lik snayper və iriçaplı zenit pulemyotu da var. Tank eyni anda 100 kilometr radiusda 40 yerüstü və 25 hava hədəfi ilə mübarizə aparmaq qabiliyyətinə malikdir./axar/




2163 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı