Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2015

Bal və darçın qarışığı. Çox faydalı!

Bal ən faydalı məhsullardan biridir.
Bal antiseptik, iltihab, virus və mikrobəleyhinə təsirə malikdir, immin sistemini gücləndirir, orqanizmə ümumimöhkəmləndirici təsir edir. Darçının da müxtəlif faydalı xüsusiyyətləri var - orqanizmin tonusunu artırır, qan dövranı yaxşılaşdırır, soyuqdəymə zamanı kömək edir, ürək, mədə, bağırsaqlar üçün faydalıdır. Darçının bir dənə də faydalı xüsusiyyəti var - piylərin əriməyini sürətləndirir. Bu səbəbdən darçın müxtəlif pəhrizlərdə istifadə olunur.
Balla darçının qarışığı sınanmış müalicəvi və profilaktik vasitədir. Artritdən əziyyət çəkən insanlara bu qarışıq çox yaxşı kömək edir. Bunun üçün 1 xörək qaşığı bal və 1 çay qaşığı darçın 1 stəkan isti (qaynar olmamalıdır, təxminən insan bədəni temperaturunda olmalıdır) suda əridilir və səhər tezdən acqarına içilir. Müalicə kursu - 1 həftə.
1 çay qaşığı bal və 1/2 çay qaşığı darçın 1 fincan (təxminən 100 ml) ilıq suda əridin və qəbul edin. Bu qarışıq immun sistemini möhkəmləndirir, soyuqdəymə xəstəlikləri və qripp zamanı sağalmanı tezləşdirir, xəstənin vəziyyətini yüngülləşdirir, tərlədir.
Yorğunluq və zəiflik zamanı belə qarışıq orqanizmin tonusunu qaldırır, insanın əqli fəaliyyətini yaxşılaşdırır.
Balla darçının qarışığı ürək əzələsinə müsbət təsir edir, damarları təmizləyir, onların elastikliyini artırır.
Oynaq xəstəlikləri zamanı qarışıq oynaqlarda ağrıların və iltihabın azalmasına kömək edir.
Qarışıq orqanizmi təmizləyir, cavanlaşdırır, orqanizmdən ziyanlı maddələri xaric edir.
1 çay qaşığı bal və 1 çay qaşığı darçın qarışdırıb müxtəlif dəri problemləri zamanı istifadə etmək olar. Qarışığı zədələnmiş sahələrə çəkmək lazımdır./Saglamolun/
646 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...