Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2012

“Endirim”dəki mal sahibinə baha başa gəldi

Mövsüm dəyişikliyi ilə əlaqədar demək olar şəhərin bütün geyim mağazalarının pəncərələrində “endirim” yazısına rast gəlinir. Ancaq bu endirimlərin həqiqətən də endirim yoxsa nisbətən də qaldırım olması şübhə altında qalır.

Bir neçə mağaza sahibi el dilində desək, mallarının əldə qalmaması üçün saxta “endirim” şüarlarından istifadə edir. İqtisadi İnkişaf Nazirliyindən Simsar.az-a verilən məlumata görə həmin mağazalar araşdırılaraq onların sahibləri haqda lazımi ölçü götürülür. Nazirlik tərəfindən aparılan yoxlamalar zamanı Binəqədi rayonu, Cəfər Xəndan, ev 34/9, 1-ci giriş,1-ci mərtəbə ünvanında fəaliyyət göstərən Aysel Acalovaya məxsus mağazada saxtakarlıq faktı üzə çıxıb. Belə ki, mağazada satışda olan mallara 50% endirim tədbiq edilməsi barədə “ENDİRİM 50%” və “50%” reklamlar yerləşdirilsə də, satışda olan malların hamısına endirim tətbiq edilməyib. Bununla yanaşı endirimli qiymətin qiymət kağızında qeyd olunmadığı və reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı faktı üzə çıxıb.
Məsələ ilə əlaqədar olaraq görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılaraq Aysel Acalova barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
1414 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...