Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2015

Sabiq baş nazir İŞİD-i yaradan güvvələrdən danışdı

Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler İŞİD terror qruplaşmasının yaranmasına təkan verən səbəbi açıqlayıb.

Bler 2003-cü ildə ABŞ ordusu və onun müttəfiqlərinin İraqa daxil olmasını İŞİD terror qruplaşmasının yaranmasına səbəb olduğunu etiraf edib.

Bu haqda Leyboristlər partiyasının keçmiş başçısı və 1997-2007-ci illərdə Böyük Britaniyanın hökümət başçısı vəzifəsini yerinə yetirən Bler ABŞ-ın CNN telekanalına müsahibəsində deyib.

“Mən düşünürəm ki bu həqiqətin bir hissəsidir. Əlbətdə, siz deyə bilməzsiniz ki, 2003-cü ildə Səddam Hüseyni devirənlər 2015-ci ildə baş verənlərə görə cavabdehlik daşımırlar”, – deyə Bler öz fikirlərini ifadə edib.

Onun bu bəyanatı aparıcının hazırda İraq və Suriyanın əhəmiyyətli hissələrini nəzarətinə götürən İŞİD silahlı qruplaşmasının əsas yaranma səbəbinin 2003-cü ildə Qərbin İraqa daxil olması ilə bağlı olduğu ehtimalına dair sualına cavab olub.

Bler həmçinin həmin müharibədə yol verilən səhvlərə görə də üzr istəyib. “Mən kəşviyyatın vetrdiyi səhv məlumatlara görə üzr istəyirəm. Mən həmçinin, planlaşdırılmada yol verilən bir sıra səhvlərə görə və rejimin dəyişilməsindən hadisələrin necə cərayən edəcəyini düzgün təsəvvür etmədiyimizə görə üzr istəyirəm.”/ans/
672 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56