Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2015

"Ölkəmizdə nə qanun, nə də məntiq işləyir"

Tanınmış hüquqşunas Aslan İsmayılovun son statusu:

"Bu günlər MTN-in yüksək rütbəli əməkdaşlarının qanunsuzluqlarını oxuduqca həqiqi mənada adamın tükləri biz-biz olur. Bir hüquqşünas kimi dəqiq bilirəm ki, təxminən eyni hallar MTN-dən başqa DİN-də və digər orqanlarda da baş verib və son günlərə qədər də davam edirdi. Bəli, insanlar günahkardırlar ki, bu barədə şikayət etmirdilər, dəridən, qabıqdan çıxıb, borca girib tələb olunan rüşvəti ödəyirdilər. Bu barədə mənə şikayət olunanda kimə rəsmi müraciət etməyi təklif edirdimsə məndən təminat istəyirdilər ki, əgər rəsmi müraciət olunarsa sonradan onların hüquq mühafizə orqanları ilə problemləri olmayacaq. Mən isə reallığı bildiyimdən həmişə deyirdim ki, təminat o ölkədə olar ki, ya qanun, ya da məntiq işləsin. Bu gün isə ölkəmizdə nə qanun, nə də məntiq işləyir. Çünki, özümü DİN-in "Bandotdel" adlanan idarəsinə apardılar, təhqir etdilər, vurdular, ölümlə təhdid etdilər. Bütün müvafiq yerlərə o cümlədən onlarla dəfə Baş Prokuror Zakir Qaralova müraciət etsəm də bu günə qədər cavab almamışam. Özbaşınalıq, dərəbəylik o yerə çatıb ki, məni "Hyatt Regency" otelinin idman zalına da buraxmadılar. Bu hal çox sadə dildə desəm ona oxşayır ki, çörək mağazasından çörək almaq istəyirəm, mənə deyirlər ki, Aslan İsmayılov olduğundan sənə çörək satmırıq. Baş Prokurordan yenə çoxsaylı şikayətlərimə bu gün də cavab ala bilmirəm. Belə olan halda necə vətəndaşları ittiham edim? Hüquqi savadı, çoxillik təcrübəsi olan şəxsin şikayətinə cavab verməyən prokurordan sıravi vətəndaş, sahibkar nə gözləyə bilər?
P.S. Əminəm ki, köklü islahatlar olmasa gündə on general həbs olunsa da real nəticə olmayacaq."/moderator/
351 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber