Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2015

Fəzail Ağamalıya şok: SEÇİCİLƏR DEPUTATIN QABAĞINI KƏSDİ

Neftçala sakinləri 5 ildən bir tapılan millət vəkilini kəndə buraxmaq istəməyiblər, icra nümayəndəsi işə qarışandan sonra vəziyyəti düzəltmək mümkün olub

60 saylı Salyan-Neftçala Seçki Dairəsində namizədlər arasında rəqabət pik həddə çatıb. Daha dorğusu, AVP sədri, deputat Fəzail Ağamalı ilə namizəd İsmayıl Ağayevin keçirdiyi görüşlərdə sürprizlər yaşanır.

Həmin sürprizlərdən biri Fəzail Ağamalının başına gəlib. Bildirilənə görə, deputat Salyanın və Neftçalanın bir neçə kəndində görüş keçirmək istəyərkən şoka düşüb. Qeyd edilir ki, Ağamalı bir neçə gün əvvəl Neftçala rayonunun bir neçə kəndinə baş çəkərkən camaat onun maşınının qarşısını kəsib.

Deputat əvvəl elə zənn edib ki, camaatın onun maşınının qarşısını kəsməsi ona olan hörmət və ehtiramdan irəli gəlib. Hətta onu da zənn edib ki, tərəfdarları bu işi seçki təbliğatı xatirinə qurublar. Lakin maşından düşərkən eşitdiyi sözlər və göstərilən münasibətdən heyrətə gəlib.

Məlumatda deyilir ki, AVP sədrini kəndə buraxmaq istəməyən xeyli sayda adam, ondan 5 ildir harada olduğu və onlar üçün nə etdiyini soruşublar. Deputatın maşının əhatəyə alan insanlar Fəzail Ağamalıdan onları ələ salmamasını və kənddən getməsini istəyiblər.

İşə yerli İcra Hakimiyyəti orqanlarının qarışmasından sonra durumu düzəltmək mümkün olub. Və ardından Fəzail Ağamalı az sayda adamla görüş keçirərək, ərazini tərk edib./jam/
356 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:47