Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2015

Neftçalada Qarabağ veteranlarının ailələri təhlükə qarşısında - FOTOLAR

Keçmiş internatın binasının təbii fəlakətdən tavanı uçub, icra başçısı isə şikayətlərə əhəmiyyət belə vermir 

Neftçala rayonunda özbaşınalıq və yiyəsizlik hökm sürür. İcra başçısı smayıl Vəliyevin başının nəyə qarışdığını bilməyən camaatı bildirir ki, düşdükləri bəladan çıxmaq üçün müraciət edəcəkləri məmur belə tapmırlar. Neftçalada bazar, restoran və digər obyektlər açmağa başı qarışmış icra başçısının yarıtmaz fəaliyyəti isə bir çox vətəndaşların acı və problem içində yaşamasına bais olub. 

Qeyd edək ki, bir il bundan əvvəl Neftçala rayonunda baş vermiş təbii fəalkətin fəsadları hələ də aradan qaldırılmayıb. Dövlət büdcəsindən ayrılmış pulların hara, necə və kimə xərcləndiyi müəmmalı olan məsələdən isə şikayətçilər var. 

Onlardan biri Gülnarə Ramzanova yazır ki, yaşadığı bina əvvəllər internatın, daha sonar isə İcra Hakimiyyətinin balansında olub. 8 mənzildən ibarət bina sonralar veteranlara verilib. “Həmin vaxr binada yaşamaq mümkünsüz idi. Lakin sakinlər bir araya gəlib qaz, su və elektrik problemlərini həll etdilər. Amma binanın tavanını dəyişməyə isə heç bir maddi gücləri qalmayıb”. 

Xanım Ramazanova daha sonra qeyd edir ki, binanın bünövrəsi möhkəm olsa da, görkəmi köhnəlib. Ən əsası isə devralın 21-də yağan güclü qardan sonra tavanı tamamilə çöküb. “İndi göydən bir damçı su düşürsə, birbaşa evin içinə yağır. Əgər yuxarı qonşular damcıların ətrafa yayılmaması üçün tədbir görməsə, yaşamaq mümkünsüzə çevriləcək. Hazırda da ailələr qorxularından evlərini tərk ediblər. Çünki tavan hər zaman başlarına uça bilər. Qarabağ döyüşlərində şəhid olmuş Sakit Kərimovun ailə üzvlərinin və Qarabağ veteranı, polis kapitanı Etibar Sadıqovun yaşadığı mənzillərin tavanı təcili təmir olunmalıdır”. 

Neftçala sakini bildirir ki, məsələ ilə bağlı icra başçısına, FHN-ə məlumat versələr də, heç bir faydası olmayıb./jam/ 





383 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
29.11.16, 08:20
Bakıda 23