Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2015

Azərbaycanda belə orta məktəb də var... - FOTOLAR

"Şəkildə gördüyünüz bina ərazisi erməni işğalçıları tərəfindən xarabalığa çevrilmiş hər hansı inzibati bina yox, Tərtər rayonunun Azad Qaraqoyunlu kənd orta məktəbinin binasıdır".

Bunu Müsavat Partiyasının Divan üzvü Vəfa Cümşüdü yazıb.

O saytımıza uçuq məktəbin fotogörüntülərini təqdim edib və bildirib ki, Azad Qaraqoyunlu kənd orta məktəbi təhlükəli vəziyyətdədir, ancaq aidiyyəti qurumlar heç bir tədbir görmürlər: "Yəni XXI əsrin elm ocağıdır. Hansı ki əlinə ilk dəfə çanta alıb elmin sirlərini öyrənməyə gələn fidan balaların gələcəyini, şəxsiyyət kimi formalaşmasını və cəmiyyətə layiqli vətəndaş olmağı öyrədən "məbəddir". Belə uçuq-sökük, qapı-pəncərəsi qırıq olan yerdə hansı keyfiyyətli təhsildən danışmaq olar? Hara baxır, kənd bələdiyyəsi, icra nümayəndəsi, Tərtər rayon Təhsil Şöbəsi, Tərtər rayon İcra Hakimiyyəti? Bunlar başa düşmürlərmi təhsili olmayan xalqın gələcəyi də yoxdur?".

Mövzu ilə bağlı adıçəkilən qurumlardan heç bir rəsmi mövqe öyrənə bilmədik. Mövzunu diqqətdə saxlayacağıq./arqument/



420 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber