Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2013

BMT: “Dünyada hər 3 uşaqdan 1-i rəsmi olaraq yaşamır”

UNICEF-in bildirdiyinə görə, dünyada hər üç uşaqdan biri əhali qeydiyyatında yoxdur, yəni rəsmi olaraq yaşamırlar, - "Dünya Bülteni".

Birləşmiş Millətlər Təşkilatının uşaqlara dəstək qurumu - UNICEF-in bildirdiyinə görə, dünyada 5 yaşına qədər 230 milyon uşağın rəsmi qeydiyyatı yoxdur. Başda Afrika olmaqla yanaşı Asiyanın da bəzi bölgələrində yeni doğulan uşaqların əhali qeydiyyatı üzrə laqeydlik müşahidə edilir. Qeydiyyatı olmayan uşaqlar yaşadıqları ölkənin məktəb, səhiyyə və sosial sığorta sistemlərindən istifadə edə bilmirlər.

Qeydiyyata alma problemi olan 10 ölkədən 8-i Afrika qitəsindədir. Somalidə doğulan uşaqların yalnız 3 faizi qeydiyyata alınır. Liviyda bunun 4, Eiopiyada isə 7 faiz olduğu bildirilib. Asiya ölkəsi Yəməndə uşaqların qeydiyyata alınması nisbəti yüzdə 17 , Pakistanda isə yüzdə 27 faiz olaraq təyin olunub. Ancaq əhali qeydiyyatına alınmayan uşaqların yüzdə 59 faizi Asiyada yaşayır. Qeydiyyatsız uşaqların hər üçündən biri Hindistanda yaşayır.

Bəzi ölkələrdə uşaqların qeydiyyata alınsalar da qeydiyyatında olduğu ailə barəsində bir sənəd yoxdur. Məsələn Ruandada doğulan uşaqların üçdə ikisinin qeydiyyatı olsa da, yalnız onda birinin əlində əhali kağızı var. Bəzi ölkələrin sənəd vermək problemi olsa da, bəzilərində yüksək ödəniş tələb edildiyindən ailələr bu sənədi ala bilmir. Belə rəsmi qeydiyyatı olmayan uşaqlar hər cür beynəlxalq yardımdan da məhrum qalırlar./deyerler/
1832 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber