Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2015

“Məni Suriyaya göndərin”

Rusiyalı siyasətçi Boris Nemtsovu öldürməkdə təqsirli bilinən Zaur Dadayev Prezident Vladimir Putinə məktub yazıb. Dadayev məktubunda günahsız olduğunu sübut etmək üçün Putindən onu Suriyaya göndərməsini xahiş edib.

Əslən Çeçenistandan olan sabiq polis əməkdaşı məktubunda terrorçulara qarşı mübarizədə iştirak etmək istədiyini qeyd edib:

“Eşitdiyim xəbərlərə görə, Rusiya hərbi hava qüvvələri Suriyadadır. Mən də Suriyada İŞİD-ə qarşı əməliyyatlarda iştirak etmək istəyirəm. Günahsız olduğumu sübut etmək üçün mənə bu şansı verməyinizi istəyirəm. Rusiya üçün canımı verməyə hazır olduğumu göstərməyin, vətənə bağlılığımı və günahsızlığımı sübut etmək üçün bunun ən yaxşı yol olduğunu düşünürəm”.

“Rosbalt” agentliyinin məlumatına görə, rəsmi qaynaqlar məktubla bağlı hər hansı açıqlama verməsə də, Dadayevin istəyi nəzərə alınmayıb.

Xatırladaq ki, bu ilin martında həbs olunan Dadayev Nemtsovu öldürdüyünü etiraf etsə də, sonradan ifadəsini geri götürüb.
451 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54