Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2015

Kolumbiyada üsyançıların hücumu: 11 hərbçi öldü

Kolumbiyada “Milli Azadlıq Ordusu” (ELN) üsyançılarının hücumu nəticəsində hökumət qüvvələrinin 11 hərbçisi həlak olub.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, bunu Kolumbiyanın müdafiə naziri Luis Karlos Vilyeqas bəyan edib.

Onun sözlərinə görə, daha 3 əsgər yaralanıb, 2-si isə itkin düşüb.

El Tiempo portalının xəbərinə görə, hücum hərbçilərin patrul xidməti həyata keçirdikləri zaman baş verib.

Qeyd edək ki, “Milli Azadlıq Ordusu” “Kolumbiya inqilabi silahlı qüvvələri”ndən (FARC) sonra sayca ən iri üsyançı qruplaşmasıdır. Hər iki qruplaşma ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatları siyahısına salınıb./apa/
377 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı