Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2015

Fransalı deputatlar Bəşər Əsədlə görüşəcək

Oktyabrın 27-də Fransa parlamentinin deputatları Suriya prezidenti Bəşər Əsədlə görüşəcəklər.

TASS agentliyinin verdiyi məlumata görə, danışıqlarda əsasən Yaxın Şərqdə xristian əhalisinin hazırkı durumu müzakirə ediləcək.

Nümayəndə heyətinə Fransa parlamentinin aşağı palatasının müxalif “Respublikaçılar” partiyasının deputatı Jan-Frederik Puason rəhbərlik edəcək. Onunla birgə Dəməşqə partiyadaşı Ksavye Breton və müstəqil deputat Veronik Bess yola düşəcəklər.

AFP agentliyinin məlumatına görə, fransalı deputatlar oktyabrın 27-də Dəməşqdə Suriya prezidenti Bəşər Əsəd tərəfindən qəbul ediləcəklər.
373 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 13:34