Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2015

Soğan qabığının faydaları

Soğan qabığı bir çox faydalı maddələrlə zəngindir. Bu maddələr bir sıra xəstəliklərin müalicəsində effektiv təsirə malikdir. Belə ki, soğan qabığı ürək-damar sistemi üçün olduqca faydalıdır. Qabığı çay kimi dəmləyib içmək lazımdır. Gündə yarım stəkan kifayət edir. Bu dəmləmə şəkər diabeti olan xəstələr üçün də profilaktik təsirə malikdir. Soğan qabığının tərkibindəki fitonsidlər güclü təbii antiseptik vasitə hesab olunur. Hətta bu dəmləmədən içərkən yuxarı tənəffüs yolları daha yaxşı işləyir. Lakin soğan qabığından hazırlanan dəmləmələr qastritdən, mədə yarasından əziyyət çəkən xəstələrə məsləhət görülmür.

Soğan qabığından hazırlanan məlhəmdən həmçinin ağız boşluğu soyuqlaması, diş ağrıları və əllərin keyiməsi zamani istifadə etmək olar. Qabiq dəmləməsi ilə baş yumaq saç dibini möhkəmləndirir. O, həmçinin saçlara parlaqlıq verir. Soğanın baş hissəsini kəsərkən atmaq lazım deyil, onu qabığı dəmləyərkən içinə əlavə etdikdə daha çox təsirə malik olur.
531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...