Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2015

MTN-nin daha bir generalı cəzalandırılacaq

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxınlığı ilə seçən daha bir general cəzalandırıla bilər. Həmin general MTN-in Hərbi Əks Kəşfiyyat Baş İdarəsinin rəisi Nizami Şirinovdur.

O, əvvəllər polis sistemində çalışıb. Eldar Mahmudov MTN rəhbər gələndən sonra Nizami Şirinovu yanına çəkib. Məlumatda bildirilir ki, Nizami Şirinov Eldar Mahmudovun "kassiri" kimi tanınır. İddia olunur ki, hazırda onunla da bağlı ciddi araşdırmalar aparılır.

Məlumatda deyilir ki, Nizami Şirinov hərbi hissələri aylığa oturdubmuş. Bildirilir ki, hərbi hissələrdə mühüm vəzifə tutan zabitlər bu qaydaya riayət etməliymiş. Buna qarşı çıxanlar isə müxtəlif ittihamlarla həbs olunurmuş. Bildirilir ki, bu faktlar da istintaq tərəfindən araşdırılır. Bildirilir ki, Nizami Şirinov işdən çıxarılmasa da nəzarət altındadır./istiqlal/
499 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...