Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2015

“Azərbaycanda vəhhabizmə yer yoxdur”

Hacı Tale: “Yüksək rütbəli məmurlar vəhhabizmin himayədarları olurlar”

Oktyabrın 24-də Azərbaycanda “Aşura günü” qeyd olundu. Bütün ölkə ərazisində kütləvi şəkildə dini mərasimlər keçirildi. On minlərlə insan bu mərasimlərə qatıldı. Bu günün bir sıra önəmli tərəfləri oldu, bir sıra məsələlər yenidən aktuallaşdı.

Əsas diqqətçəkən məqamlardan biri “Aşura” tədbirlərində insanların kütləviliyi oldu.
Qeyd edək ki, son illərdə Azərbaycanda vəhhabi təriqətinin günü-gündən nüfuzunun artması ilə bağlı xəbərlər dolaşır. Lakin üç gün öncəki “Aşura” mərasimləri bu fikirlərin əsassız olduğunu göstərir.

“Müsəlman Birliyi” hərəkatının rəhbəri, ilahiyyatçı Hacı Tale Bağırzadənin sözlərinə görə, Azərbaycanda ilbəil keçirilən “Aşura” mərasimlərində xalqın izdihamlı iştirakı bunu sübut edir. Xalqımız SSRİ dövründə belə “Aşura”dan əl çəkmədi. Müstəqillik dövründən sonra bu günün önəmi daha da artdı. Məscidlər, dini yerlər açıldı. Maarifləndirmə artdıqca, “Aşura” gününün önəmi indikindən qat-qat artacaq. Bu gün də insanlar məscidlərə, mərasim yerlərinə ehsanlar paylayırlar. Biz çalışmalıyıq ki, insanlar Məhərrəmlik və “Aşura”nın mahiyyətini anlayıb meydanlara gəlsinlər, ehsan versinlər. Hesab edirəm ki, belə olduqda Azərbaycanda milli kimliyimizə yad olan məzhəblər, təriqətlər ayaq tutub yeriyə bilməyəcəklər. Təbii ki, burada dövlətimizin belə təriqətlərə olan münasibəti də mühüm rol oynayacaq”.

Hacı Tale ölkəmizdə güclənmədə olan vəhhabi təriqətinin güclənməsinin səbəblərinə də toxundu: “Yeni Müsavat”a verdiyim son müsahibədə bildirmişdim. Müsahibədən sonra Azərbaycanda böyük hadisələr baş verdi. Bir daha sübut olundu ki, yüksək rütbəli məmurlar, oliqarxlar vəhhabizmin himayədarları olurlar. Hazırda da bu cür məmurlar var. Onu da deyim ki, maarifləndirmə sahəsində işlərimiz gedir. Hər bir vətəndaşın borcudur ki, bu məsələlərdə diqqətli olsun, maarifləndirmə işi aparsın. Məsələni hansısa bir qurumun boynuna atmağa ehtiyac yoxdur. Kimlər səhv buraxıblar, vəhhabi təriqətinin Azərbaycanda kök atmasına şərait yaradıblar, aldıqları pulların müqabilində işlərini görüblər, həmin insanlar cinayət törədiblər. Hazırda xalqımızın borcudur ki, bu məsələdə birlikdə olsun. Ailələrdə maarifləndirmə işi aparılmalıdır. Onların toruna düşməmək üçün. İnanmıram ki, nə vaxtsa vəhhabizm Azərbaycanda əsas təriqətə çevrilsin. “Aşura”da sübut etdi ki, Azərbaycanda vəhhabizmə yer yoxdur. Ölkəmiz vəhhabilərin məskəninə çevrilməyəcək. Əsas təriqətə çevrilməsi isə mümkün deyil”.
426 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:43
Suriya or