Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2013

Sumqayıtda vəhhabilərlə polislər arasında atışma

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən ərazini mühasirəyə alıb

Sumqayıt şəhərində bir qrup şəxslə polis arasında baş vermiş atışma nəticəsində yaralanan şəxslərin adları məlum olub. Apa-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yaralılar 1982-ci il təvəllüdlü Anar Rəhimov, 1976-cı il təvəllüdlü Elmar Məmmədli və 1988-ci il təvəllüdlü Elnur Nəzərəliyevdir. Onlar hazırda xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Xəstəxanasının reanimasiya şöbəsinin həkimi Nadir Təkvəlinin verdiyi məlumata görə, həmin şəxslər xəstəxanaya ağır qəlpə yaraları ilə yerləşdirilib. O, yaralıların vəziyyətinin orta-ağır kimi qiymətləndirildiyini bildirib.

Qeyd edək ki, silahlı şəxslərin zərərsizləşdirilməsi əməliyyatı Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.

*** 23.25

Sumqayıt şəhərində bir qrup şəxslə polis arasında atışma olub. Apa-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, atışma X mikrorayonda, “Soltan” marketin yaxınlığında baş verib.

Əraziyə əlavə polis qüvvəsi cəlb olunub. Atışma nəticəsində qarşı tərəfdən yaralananların olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini mühasirəyə alıb. Bir nəfər saxlanılıb. Əməliyyat davam edir.
1803 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...