Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2015

Bir qarın yemək, isti geyim, balaca daxma

3 uşaq anası Baxşəliyeva Asudə övladları ilə birgə daxmada yaşayır. Bu barədə ailənin yaxını Aytən Əliyeva məlumat verib. Onun sözlərinə görə,  Asudə 3 azyaşlı oğlu ilə birgə Abşeronun Təzəkənd kəndində yaşayır. Musa 7, Polad 3, Sirac 2 yaşındadı. Həyat yoldaşı Raci Bünyatov ötən ilin noyabr ayından onları atıb gedib.

Aytən Əliyeva onları tapanda artıq 6 ay imiş ki, onlar ac-suzu yaşayırlarmış. Buna yaşamaq demək olarsa. Deyir, onlara ilk yardımı edib, uçuq-sökük evlərini yüngülvarı təmir belə etdirib.

Bu ilin aprelində evinə qayıdan R. Bünyatov A. Əliyevadan evi sökdürməyini tələb edib. Əlacsız qalan A. Əliyeva məcburən evdən bəzi əşyaları, habelə istilik sistemi (kombi), televizor və soyuducunu evdən çıxarıb. Bundan sonra ailə başçısı sakitləşib və evi təkrar tərk edib.

İyulun 29 - da yenidən geri dönən R. Bünyatov 3 uşağın anasını döyüb və onların tək sığınacağı olan evi yandırıb gedib. Faktla bağlı cinayət işi açılıb. İstintaq  yekunlaşıb, iş prokurorluğa verilib.

Ailə indi küçədə qalıb. Havalar isə günü gündən soyuyur. Başlarını soxmağa damları belə yoxdu.

Racı Bünyatov Asudə Baxşəliyevanın xalasıgildə çoban olub.  Eləcə, tanış olub evləniblər. Asudə Şamaxıdan Abşeronun Təzəkənd kəndində gəlin gəlib. Səkkiz ildir ailəli olsalar da, rəsmi nikahları yoxdur. Ancaq dini kəbinlə yaşayıblar. Bünyatovun ailəsi ondan imtina edib. Qardaşı “belə adla qardaşı olmadığını”, deyir. Asudənin ailəsi də onlara yaxın durmur. Kənddə iş olmadığından Asudə işsizdir. Elə bir bağça da yoxdu ki, uşaqları qoyub şəhərə işləməyə gəlsin. Hələlik onlara qonşuları sahib çıxıb. Həyətində başlarını soxmaq üçün yer verib. Həyətdə yaşayırlar. Ümidləri kəsilmiş ana indi yardım istəyir. Bizdən və imkanı olan hər kəsdən. Bir qarın yemək, isti geyim və başlarını girələmək üçün daxma lazımdı onlara./lentaz/


 
 
 
 
544 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber