Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2015

Türk rəhbərin özbaşınalığı azərbaycanlı fəhlələri ayağa qaldırdı

“Şahdəniz-2” layihəsinin GREENFİELD bölməsində çalışan yerli fəhlələr onlara qarşı yol verilən ayrı-seçkiliyə öz etirazlarını bildiriblər.

Bu barədə Neftçilərin Hüquqlarını Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

M.Qəhrəmanlının sözlərinə görə, məsələyə AZFEN-TEKFEN Alyansının rəhbərliyi müdaxilə edib. Onlar dünənki aksiyaya müdaxilə edərək fəhlələri sakitləşdirib.


Bu gün isə SOCAR nümayəndələri fəhlələrin iş yerində olub və şirkət rəhbərliyi ilə görüşüb. Verilən məlumata görə, fəhlələr bu gün işə buraxılmayıb. Araşdırılma aparıldığı üçün onlar sabah da işə buraxılmayacaq.

“Fəhlələrin etirazına isə Cem adlı (soyadını dəqiqləşdirə bilmədik) bir türk menecerin TEKFEN şirkətinə rəhbər təyin olunandan sonra yerli işçilərə qarşı kobudluq və ayrı-seçkiliyə yol verməsi səbəb olub” – deyə M.Qəhrəmanlı bildirdi.

TEKFEN-AZFEN Alyansı “Şahdəniz-2” layihəsinin bir hissəsini yerinə yetirir. /virtualaz/
421 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber