Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2015

"Bu, cənab Blerin vicdanının səsi deyildi"

Toni Blerin İraq müharibəsi açıqlaması sadəcə məcburiyyət qarşısında atılmış addımdır.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib. Onun sözlərinə görə, Blerin açıqlaması onun vicdanının səsi deyil:

“Bu bəyanat bir sıra saytlar tərəfindən İraq savaşının başlanılmasında Böyük Britaniya hakimiyyətinin, xüsusilə də cənab Blerin mühüm rolunun olması ilə bağlı təkzibedilməz materiallar dərc edildikdən sonra verilib. Bu, cənab Blerin vicdanının səsi deyildi. Sadəcə olaraq, ortaya materiallar çıxarılmışdı deyə, onları şərh etmək lazım idi”.

Qeyd edək ki, bir müddət öncə CNN telekanalına müsahibəsində Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bler Səddam Hüseynin devrilməsinin İŞİD-i yaradan əsas səbəblərdən biri olduğunu bildirmişdi. Bler İraq savaşının başlanılmasına görə peşman olduğunu söyləmişdi./axar/
391 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber