Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2015

Messiyə inanılmaz təklif

"Barselona" klubu komandanın lideri və bir çox komandaların transfer siyahısında ilk yeri tutan Lionel Messi ilə müqaviləni yeniləmək istəyir.

Klub rəhbərliyi bunun üçün hazırda zədəli olan argentinalı ulduza fantasik təklif edib.

Katalon klubunun prezidenti Maria Bartomeu bu məqsədlə “Barselona”nın və Argentina yığmasının super ulduzu Messiyə illik 20 milyon avro maaş təklif edib.

Argentinalı futbolçuya edilən təklif bununla bitmir. Messiyə o da təklif olunub ki, əgər razılıq versə, illik daha 5 milyon avro mükafat da alacaq.


Bir müddət əvvəl Lionel Messi başqa klublardan ona gələn təkliflər barədə açıqlama verib. Messi digər futbol klublarının ona böyük maraq göstərmələrinə baxmayaraq, Kataloniyadan harasa getməyi düşünmür.

“Mənim ideyam həmişə “Barselona”da qalmaq və karyeramı burada başa vurmaqdır. Heç bir zaman gələcəkdə nə baş verəcəyini bilmirsən. Amma qərar məndən asılı olsa, “Barsa”da qalacam. Hələ “Barselona”dan güclü komanda görməmişəm. “Barselona” dünya futbolu tarixində ən yaxşı komandadır”.

Messinin Kataloniya təmsilçisi ilə müqaviləsi 2018-ci ilin yayına qədərdir.
601 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
16.01.17, 12:42