Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2015

​Suriya qoşunu terrorçu dəstələrinin Əs-Safira şəhərinə hücumunu dəf edib

Suriya ordusunun döyüşçüləri çərşənbə günü "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) dəstələrinin ölkənin şimal paytaxtı sayılan Hələbin 35 km. cənub-qərbində yerləşən Əs-Safira şəhərinə hücumunu dəf ediblər.
"Report" xəbər verir ki, əməliyyatlarda iştirak edən zabitin məlumatına görə, düşmən texnika və canlı qüvvə itkisi verərək geri oturdulub".
Onun sözlərinə görə, terrorçular hücum zamanı hava şəraitinin əlverişsiz olmasından istifadə ediblər. Bu səbəbdən Suriya Silahlı Qüvvələri komandanlığı şəhərin girişində onların avtomobil karvanına havadan zərbə endirə bilməyiblər.
406 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP