Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2013

Bakıda məzarlıqlarda özlərinə heykəl qoyduran dirilərin sayı artıb

Sağ ikən özünə abidə düzəldənlər, məzar yeri alıb başdaşı qoyduran da; qəbiristanlıqlardakı məzar yerlərinin qiymətləri bu reportajda...

Qanuna görə, qəbiristanlıqda qəbir yeri yalnız ölən şəxslər üçündür. Amma deyəsən, hər şeyin tərsinə olduğu Bakıda qəbirlər də ölülər üçün yox, dirilər üçün qazılır. Heç də uzağa getmədən Bakının Yasamal rayonu, İkinci Fəxri Xiyabana yollanırıq.

Məqsədimiz yaşadığı halda özünə məzar yeri alıb, heykəl qoyduran diri məzarlarını tapmaqdır.

“Torpağı alıb, öz mülküdür, özü bilər...”

Qəbiristanlığın xidməti işçilərindən diri məzarlarının yerini soruşuruq. Bizə deyirlər ki, həmin məzarlıq yeni salınıb. Məzarları tez tapmaq üçün könüllü bələdçilik edən də tapılır. Bələdçimiz beş ildən çoxdur qəbirdaşı düzən Şahmar kişi deyir ki, ölmədən özünə məzar qazdırıb, başdaşı qoydurmaq adət halını alıb: “Vallah, camaat elə vəziyyətdədir ki, ölümünü də indidən qarantiyaya almaq istəyir. Bəzilər isə burda yer alaraq kiçik ailə məzarlığı yaradıblar. İmkanlı şəxslərin məzarları daha dəbdəbəli olur. Xaricdən ağac və gül kolları gətizdirib əkdirirlər. Bağban tuturlar, ona aylıq maaş verirlər. Qəbirə işıqlandırma sistemi qurduran da var”.

Şahmar kişi deyir ki, bu tip insanlara irad bildirəndə heç də xoşlarına gəlmir: “Bütün bunlar Allahın işinə qarışmaq kimidir. Heç kəs nə vaxt, harada və necə öləcəyini bilmir. Məsələn, burda bir qəbir var. Yiyəsi Moskvada yanğın zamanı ölüb. Sümüklərini belə tapmaq mümkün olmayıb. Həmin şəxs ağır xəstə imiş. Oğlu qəbiristanlıqda atası üçün yer alıb, qəbir qazdırdı. Daha sonra başdaşı qoydurdu. Qəbir daşının üstündə də öləcəyi tarixdən başqa hər şey yazılmışdı. Adı, soyadı, anadan olduğu tarix, hətta şeirə kimi. Bir dəfə həmin oğlanı əlində gül qəbir başında gördüm. Soruşdum ki, bəs niyə boş məzara gül qoyursan? Cavab verdi ki, bəs atam yanaraq ölüb, meyitini tapa bilməyiblər. Məncə, insanlar bu cür hadisələrdən ibrət götürməlidir”.

 “Qəbir yerlərinin qiyməti ildən-ilə artır...”

 Qəbir yerlərinin qiyməti ilə maraqlanırıq. Məzar qazanlardan biri deyir ki, təxmini qiymətləri bilirlər: “Qəbir yerlərinin qiymətləri ildən-ilə artır. Yer almaq istəyirsənsə, gərək qəbiristanlığın müdiriyyəti ilə görüşüb, söhbət edəsən. Rəhmətə gedən tanınmış şəxs olanda qiymətdə endirim edirlər. Burda yerinə görə qiymətlər 800-5000 manat arası dəyişir. Qiymətin baha olmasının bir digər səbəbi də qəbirlərə xüsusi xidmətçilərin qulluq etməsidir. Bu dəqiqə başdaşlarının çoxu mərmərdən hazırlanır. Mərməri vaxtı- vaxtında silməsən solub-bozarır”.

Qeyd edək ki, hazırda Bakının mərkəzindəki məzarlıqlarda qəbir yerləri dolduğundan ölüsünü basdırmaq istəyənlər şəhərdən kənara üz tutmaq məcburiyyətində qalırlar. Bir kvadratmetr üçün qiymətlər isə aşağıdakı kimdir:

Biləcəri qəbiristanlığında - 600-800 manat

Günəşli qəbiristanlığında - 900-1500 manat

Qaraçuxur qəbiristanlığında - 300-1000 manat

Hövsan qəbiristanlığında - 80-300 manat

Xırdalan qəbiristanlığında - 800-1500 manat                  

 

/musavat/

 

 






1622 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 10:41