Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2015

İşçilər 5 aydır maaşlarını ala bilmir

Dünən 30 nəfər işçi bir araya toplaşaraq məvaciblərini ala bilməmələrindən narazılıq etdi. Beş aydır pulunu ala bilməyənlərə müvafiq qurumlardan cavab gəlib.

“Azərinşaat” Məhdud Məsuliyətli Cəmiyyətin işçiləri bir neçə gündür ki, şirkətin qarşısında toplaşırlar.

Onları narahat edən məqamsa, beş aydır məvaciblərini ala bilməmələridir. İşçilərin sözlərinə görə, maaşlarının verilmədiyi azmış kimi qeyri-qanuni işlədilirlər.

Belə ki, işə girərkən şirkətlə əmək müqaviləsində hər gün 8 saatlıq iş rejimi nəzərdə tutulsa da, onlar 12 saatdan çox, bəzən bazar günləri də daxil fəaliyyət göstəriməli olublar. İş rejiminə işçilər narazılıq edəndə isə rəhbərlikdən bildirirmişlər ki, “xoşun gəlmir, çıx hara istəyirsən get”.

Şirkət əmakdaşlarının sözlərinə görə, cəmiyyətin külli miqdarda borcu olduğu üçün işçilərin maaşını verə bilmir. Ona görə də sentyabrın 15-dən artıq onlar işi dayandırıblar.

Şikayətçi Aydın Quliyev deyir ki, beş aydır ki, maaş ala bilmir: “Bununla bağlı “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə müraciət ediblər. Cəmiyyətdən isə bildirilib ki, pullar köçürülüb, pullarınızı çalışdığınız şirkətdən tələb edin”.

“Hazırda çörək almağa pulum yoxdur. Buradan evə qayıtmağa mənim yol pulum yoxdur. Qarşımıza da elə bir səlahiyyətli şəxs çıxmır ki, bizə maaşın veriləcəyi tarixi desin”, – deyə şikayətçi Samir Əzizov bildirib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq. Məlum oldu ki, şirkət rəhbərliyi həbs olunub və layihə rəhbəri olan Türkiyə vətəndaşı isə ölkədən qaçıb.

Sifarişçi şirkət “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti olduğu üçün adıçəkilən qurumla əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, bizim həmin şirkətə borcumuz yoxdur: "Biz pulu vaxtında ödəmişik, podratçı şirkətin işçilərinə məvacib ödəməməsinin səbəbləri bizə məlum deyil".

Xatırladaq ki, vaxtı ilə məhdud məsuliyyətli cəmiyyət respublikada birinci dərəcəli yolların tikintisilə məşğul olan bir qurum idi.

Hazırda müəssisənin işçilərinə ümumilikdə iki milyon manata yaxın borcunun olduğu deyilir./ans/
427 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı