Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2015

Eldar Mahmudovun ailəsi Danimarkaya sığındı

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə üzvləri Azərbaycanı tərk edib. Bu barədə daxil olan məlumatda bildirilir ki, Eldar Mahmudovun ailə üzvləri, həmçinin qayınatası keçmiş nazir işdən çıxarılmamışdan bir neçə gün əvvəl Azərbaycandan çıxıb.

Məlumat üçün deyək ki, Əliyev Eldar Mahmudovu oktyabrın 17-də tutduğu vəzifədən azad edib. Bununla paralel olaraq Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) Milli Təhlükəsizlik Nazirliyində (MTN) əməliyyat keçirib. Rəsmi məlumatlara görə, qurumun 7 əməkdaşı həbs olunub.

Eldar Mahmudovun ailə üzvlərinin və qayınatasının hansı ölkəyə getməsinə gəlincə, bildirilir ki, onlar Danimarkadadır.

Məlumatlı mənbənin sözlərinə görə, onların ölkəni tərk etməsi "MTN işi" ilə bağlıdır. Qaynağımız deyir ki, Eldar Mahmudov işdən çıxarılacağını bilirmiş. Hətta onun MTN-lə bağlı baş verənlərdən bir müddət əvvəl istefa ərizəsi yazdığı iddia olunur. Lakin Əliyev onun ərizəsini qəbul etməyib. Bundan sonra Eldar Mahmudov ailə üzvlərini ölkədən çıxarıb./İstiqlal/
573 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:14