Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2015

Palmira İŞİD-dən təmizlənir - Video

“İslam dövləti”nin YUNESKO-nun siyahısında olan tarixi Palmira şəhərini işğal etməsindən sonra son görüntülər yayımlanıb.

Suriyanın bu qədim şəhərinə işğaldan sonra ilk dəfə ayaq basan Rusiyanın “Rossiya Tudey” telekanalı olub.

Telekanalın təqdim reportajında qeyd olunur ki, terrorçular Palmirada tarixi abidələri, heykəlləri dağıtmaqda, şəhərin mədəni irsini viran qoymağa davam edərkən Suriya ordusu Rusiyanın dəstəyi ilə bu əraziləri terrorçulardan təmizləməyə hazırlaşır.

Suriya ordusu son beş aydır ki, İŞİD-in Xümsdə hücum cəhdlərinin qarşısını almaqdadır. Çox ağır şərtlər altında yaşayan əsgərlər sığınacaq kimi qayalardan istifadə edirlər, gündüzləri bayır çox isti, axşamları isə dözülməz soyuq olur.

Çünki Suriya ordusu Xümsdən hərəkətə keçərək Palmiranı azad etməyə hazırlaşır. Hərbi əməliyyatların çox çətin olacağı bildirilir. Buna səbəb İŞİD üzvlərinin Palmiradakı bütün heykəlləri bombalarla doldurmasıdır.

Suriyalı general Fuadın sözlərinə görə, ordunun vəzifə borclarından biri mədəni miras olan şəhərin məhvini qabaqlamaqdır. Onun fikrincə, rus hava hücumlarının ön cəbhədəki fəaliyyəti açıq şəkildə görünür:

“Terrorçuların alt bazası yerlə-yeksan olunub, hamısı panika içindədir. Ələ keçirdiyimiz ratsiyalardan eşidirik ki, kömək üçün yalvarırlar”./axar/

 

842 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber