Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2015

Ölkəni sosial etirazlar bürüyə bilər

Qadir İbrahimli: «Yaxın müddətdə işçilərin əmək haqqı ilə bağlı etirazları daha da genişlənəcək»

Neftin qiymətinin aşağı düşməsi ilə Azərbaycan iqtisadiyyatında başlayan böhran özünü tam gücüylə göstərməkdədir. Məhz bu böhranın nəticəsi olaraq manatın devalvasiyasına gedən hökumətin siyasəti nəticəsində Mərkəzi Bankın valyuta resursları kəskin azaldı. Büdcə ötən illərlə fərqli olaraq azaldılıb.


Dövlət hesabına reallaşdırılan investisiya layihələri dayandırılıb. Bu isə işsizlər ordusunun yaranması deməkdir. Dünən paytaxtda baş verən etiraz əslində böhranın daha bir təzahürüdür. “Azərinşaatservis” MMC-nin işçiləri etiraz aksiyası keçirib. Işlədikləri halda 5 aydır əmək haqqı almayan şirkət əməkdaşları artıq buna qarşı öz etirazlarını bildirmək qərarına gəliblər. Əmək haqqı ala bilməyən 200 nəfərə yaxın işçi Dərnəgül istiqamətindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə doğru etiraz yürüşü ediblər. Bir gün əvvəl isə “Azfen” şirkətinin fəhlələri etiraza qalxmışdı. Sahibkar Hacı Ibrahim Nehrəmlinin və digər sahibkarların da layihələri maliyyə çatışmazlığı üzündən dayandırıldığından bu proyektdə çalışanların durumu ağırlaşıb.

Bəs bu tendensiyanın davamı ölkəyə nə vəd edir? Yaxın gələcəkdə bu tip etiraz aksiyalarının sayı arta bilərmi?

Iqtisadçı Qadir Ibrahimli bildirdi ki, ölkədə olan maliyyə intizamsızlığı ona gətirib çıxarıb ki, müəssisələrin bir-birinə qarşılıqlı borcları yaranıb. Ölkənin böyük neft gəlirləri olan zaman maliyyə mənimsəmələrin ört-basdır edildiyini deyən Q.Ibrahimli vurğuladı ki, hazırda ölkənin neft gəlirləri azalıb, ona görə müəssisələr daxili resurslarını səfərbər etməyə məcbur olurlar: “Müəssisələrin daxili resursları tükəndiyi üçün onlar işçilər qarşısında borclu duruma düşüblər. Nəticədə işçilərə əmək haqının verilməsi problemi ortaya çıxıb. Yəni bu tendensiya digər iri şirkətlərdə də müşahidə olunur. Bu problemi ”Azərenerji”, “Azal” da yaşayır. Bu problem getdikcə aktuallaşır. Yaxın müddətdə işçilərin əmək haqqı ilə bağlı etirazları daha da genişlənəcək”./azadlıq/
589 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber