Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2015

Əvəz Ələkbərov İlham Əliyevi necə ifşa etdi

Eldar Mahmudovun nazir vəzifəsindən azad olunmasından sonra Milli Təhlükəsizlik Nazirliyindəki qanunsuzluqlardan hamı danışmağa başlayıb.

Bu nazirlikdəki və digər dövlət qurumlarındakı özbaşınalıqlardan və cinayətlərdən əvvəllər də danışan və yazanlar yalan olub, amma vaxtında danışanları da susdurmaq istəyənləri, bunu böhtan adlandıranları, Eldar Mahmudovu və MTN-i tərifləyənləri, quzu-quzu susanları isə sakitləşdirmək olmur. Bu cərgədən olan indiki deputat və məmurların sırasına hətta keçmiş məmurlar da qoşulub. Ikrah doğuran mənzərədir və əsl özünüifşa səhnəsidir. Axı əvvəllər niyə danışmırdınız bu haqda, ay qoçaqlar?

Keçmiş maliyyə naziri Əvəz Ələkbərovun açıqlaması isə nəinki özünü və özükimilərini, hətta Ilham Əliyevi də ifşa edir. Onun sözlərinə diqqət yetirin: “Eldar Mahmudov nazir olandan sonra komandanın içində çaşqınlıq yaratdı. Camaatı bir-birinə vurdu. Öz maraqları çərçivəsində kimisə qabağa çəkdi, kiməsə zərbə vurdu, kimisə diz çökdürdü. O, hakimiyyətdə olduqca təsirli idi. Onun kəsdiyi başa sorğu-sual yox idi. Hamı ondan çəkinirdi”.


Keçmiş nazirin sözlərindən aydın olur ki, hakimiyyətdə olduqca təsirli olmağa, kəsdiyi başa sorğu-sual görməməyə hünəri Eldar Mahmudova Ilham Əliyev veribmiş. Əks halda hamı niyə ondan çəkinirmiş ki?! Ilham Əliyev hara baxırmış onun naziri digər nazirlərini qorxudanda?

Açıqlamadan hakimiyyətin necə bir komandaya sahib olduğu, kimlərdən ibarət olduğu bəlli olur: hamısı qüsurların içində olan qorxaqlar, cürəti yalnız xalqa çatanlar! Əslində, Əvəz Ələkbərov Ilham Əliyevin necə bir komanda və idarəçilik qurmasını göstərib.
603 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:07
Bir günd