Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2013

Dünyanın ən kiçik "Quran"ı

Əl sənətləri üzərində 35 ildir çalışan Necati Korkmaz dünyanın ən kiçik “Quranı-Kərimi”ni hazırlayıb. Mövlananın 740-cı il dönümü üçün təşkil edilmiş mərasimdə ictimaiyyətə tanıdılan kiçik həcmli Quran kitabını yalnız mikroskopla oxumaq mümkündür. N.Korkmaz dinə marağı olduğu üçün 1,5 il əvvəl kiçik Quran kitabı hazırlamağa qərar verib. Uzun müddət davam edən çalışmalar nəticəsində çox kiçik Quran kitabı hazırlayan Korkmaz sənət əsəri haqqında bu sözləri deyib: “Bir ilki gerçəkləşdirərək, dünyanın ən kiçik Quran kitabını hazırladım. Dünyada bundan daha kiçiyi yoxdur. Təxminən 1,5 ilə hazırladığım bu əsər, çox incə iş nəticəsində hazırlanıb. Böyük bir Quranda olan bütün yazıların hamısını mənim hazırladığım kitabda da tapa bilərsiniz. Kitab yazmaq üçün istifadə etdiyim yazı fırçasını özüm hazırlamışam. Fırçanın ucuna taxdığım tülkü tükü ilə kitabı yazıb bitirə bildim. İnşallah yaxın zamanlarda geri qalan cildlərini də hazırlayacağam”. /musavat/
1868 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:54
&qu