Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2015

İŞİD-in bütov "xüsusi təyinatlı" dəstəsi təslim oldu

Suriyanın Qolan təpələri ərazisində yerləşən Quneytərə əyalətində İŞİD bütöv "xüsusi təyinatlı" dəstəsi hökumət qoşunlarına təslim olub.

Bundan əvvəl əyalətdə şiddətli döyüşlər gedib və terrorçular çoxlu sayda itki veriblər.

Onlar komandir Mücahid ibn Zaranın ölümündən sonra silahı yerə qoymaq və təslim olmaq qərarına gəliblər. Ümumilikdə 50-yə yaxın terrorçu silahı yerə qoyub.

"Təslim olan terrorçuların böyük hissəsi ABŞ-ın Suriyanın şərqindəki Deyr-əz-Zor əyalətində yerləşən təlim düşərgələrində intensiv hazırlıq kursları keçib, orada təxribat və mina partlayışı işinin incəliklərini öyrəniblər, həmçinin ərazidə istiqaməti tapmaq və kəşfiyyat obyekti kordinatlarının radio ilə ötürülməsi biliklərinə yiyələniblər", - deyə hökumət qoşunları qərargahından bildirilib.
1555 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber