Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2015

Parlament seçkilərində “monqol” taktikası

Milli Şura sədri Cəmil Həsənli Facebook səhifəsində hakimiyyətin parlament seçkilərinə hazırlığından yazıb:

Dostlar! Seçkilərdə karusel əməliyyatını işə salmaq üçün artıq strukturlar hazır vəziyyətə gətirilib. Lənkəran İcra hakimiyyətinin toplantısından çəkilən video bunun aydın ifadəsidir. Bütün ölkədə belə hazırlıq gedir. Eyni adamların müxtəlif məntəqələrdə səs verib seçki aktivliyi görüntüsü yaratmaq və hakimiyyətin namizədinə saxta səs toplamaq karuselin əsas mahiyyətini təşkil edir. Bu məqsədlə hər dairədə onbaşı, yüzbaşı və minbaşılardan ibarət məsul şəxslər təyin edilir. Bu orta əsrlərdə monqolların hərb tarixindən gələn bir ənənədir. Monqol ordusu bu hərbi sistem üzrə qurulurdu. Elə həmin onbaşı, yüzbaşı və minbaşılarla Çingiz xan XIII əsrdə az qala dünyanın yarısını tutmuşdu. Ərazisinin 20 faizi işğal olunan bir məmləkətdə monqol hərb tarixinin şanlı səhifəsinə “mülki“ məzmun verən YAP hakimiyyəti XXI əsrdə bu onbaşı, yüzbaşı və minbaşılarla seçki məntəqələrin “fəth” etməyin “ümummilli” strategiyasını hazırlayır. Bax, buna deyərlər tarixdən dərs almaq.
479 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10