Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2015

Qanunlar işləməyən ölkədə heç kimin qarantiyası yoxdu

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Facebook ölkədə baş verən qanun pozuntularına münasibət bildirib:

“Azərbaycanlı üçün ən lazımsız şey sayılan hüququn bir dəyəri varmı?

Hüququn olmadığı, qanunların işləmədiyi cəmiyyət imunitetsiz orqanizmə bənzəyir. Ona görə də nə sadə vətəndaş, nə iş adamı, nə də ki, hər hansı məmur özbaşınalığın, kiminsə qəzəbinin qurbanı olmaqdan sığortalanmayıb. Bu səbəbdən də cəmiyyətimiz xəstə orqanizm kimidir və heç kim bu ölkədə rahat ola bilmir.
İlham Əliyevin ən qüdrətli nazir oliqarxları belə artıq gecələri rahat yata bilmirlər, əllərindəkinin istənilən vaxt alına biləcyindən təşviş keçirirlər, sadə vətəndaşlar üzləşdikləri məmur özbaşınalığı qarşsında tam müdafiəsizdirlər. Bir sözlə bu ölkədə bir nəfərdən başqa istənilən adamın, istənilən vaxt mülkünü də, azdlığını da əlindən almaq olar.
Qanunlar işləmədiyi üçün hakim komanda üzvləri korrupsiyaya,səriştəsiz idarə etməyə görə heç bir məsuliyyət daşımırlar. Bu üzdən də yaranan çoxsaylı problemlərə görə-işsizlik, sahibkarlığın inkişaf etməməsi, manatın devalvasiyası,büdcənin talanması, keyfiyyətsiz sosial siyasətə görə sadə vətəndaşlar əziyyət çəkirlər.
Problem ondadır ki, azərbaycanlıların əksəriyyəti bu sadaladığımız çox saylı problemlərin məhz hüququn tapdanmasından doğduğunu anlamırlar. Ona görə bu problemləri doğuran səbəbə toxunmadan, törəmə problemlərini daha vacib sayaraq onları həll etməyə çalışırlar. Ancaq xəstəliyin səbəbini aradan qaldrmadan onu ağrıkəsicilərlə müalicə etmək olmaz.
Ona görə də sahibkarlığın boğulduğu ölkədə işsiz qalanlar bunu öz şanssızlığı sayrıar, hüquqları tapdananda bunu məmurun pis olmasının nəticəsi kimi başa düşürlər, şərlənərək tutulanda bunu “uçaskovının” əclaflığı kimi başa düşürlər.
Bütün hallarda bu yaşananların əsas səbəbinin iqtidarın qanunları heçə sayması, hüququ tapdalaması olduğunu diqqətdən qaçırırılar. O üzdən də bu problemi yaradn hakimiyyətə qarşı mübarizəni öz problemləri saymırlar. Nəticədə bu olur ki, problemlər gündən günə ağırlaşır”.
483 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP